Həkimlər: Stress keçirmiş qadınlar daha çox qız övladı dünyaya gətirir - TƏDQİQAT
09.04.2021 10:59

Qranada Universitetinin alimləri hamiləliyə qədər və mayalanma zamanı stress keçirən qadınların qız övlad dünyaya gətirmə ehtimalının 2 dəfə daha çox olduğunu müəyyən ediblər.


Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, tədqiqat çərçivəsində 108 qadın hamiləliyin birinci həftələrindən doğuşa qədər müşahidə altında olublar.

 

Bu müddət ərzində onların saçlarında və müxtəlif psixoloji testlər vasitəsilə krotizol hormonunun konsentrasiyasının qiymətləndirilməsinin köməyi ilə mayalanmadan əvvəl, mayalanma vaxtı və ondan sonra qadınların stress səviyyəsi təsbit edilib. Təxminən hamiləliyin 8-10 həftəsində götürülmüş saç nümunələrində kortizol dəyərləri ötən üç ay ərzində (saç bir ay ərzində bir santimetr uzanır) hamilə qadında kortizol konsentrasiyasını göstərib.

 

Nəticədə alimlər doğuş və uşağın cinsi ilə bağlı müxtəlif dəyişikliklər qeyd ediblər. Qız dünyaya gətirmiş qadınlar mayalanmaya qədər, mayalanma zamanı və sonrakı bir neçə həftə ərzində oğul dünyaya gətimiş qadınlara nisbətən saçlarında kortizolun daha yüksək konsentrasiyasına (demək olar ki, 2 dəfə yüksək) malik olublar.

 

Bütün bunlar deməyə əsas verir ki, qız analarında kortizol sekresiyasının artımına səbəb olan və mayalanma zamanı cinsiyyət hormonlarının konsentrasiyasını dəyişdirən hipotalamus-hipofiz-böyrəküstü vəzi sistemi aktivləşir.

 

Digər tərəfdən, testosteronun uşağın cinsiyyətinin təyininə təsir edə bilməsinə dair sübutlar var. Belə ki, prenatal stressin səviyyəsi nə qədər yüksək olarsa, testosteronun səviyyəsi də bir o qədər yüksək olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır