Kəhrəbada sətəlcəmə qarşı yeni ANTİBİOTİK MƏNBƏYİ aşkar edilib
08.04.2021 15:42

Minnesota Universitetinin alimləri kəhrəbada sətəlcəmə və infeksiyaya qarşı xüsusiyyətlər aşkar ediblər. Mass-spektrometriyası metodunun köməyi ilə kəhrəba kirşanından alınan cövhərin kimyəvi tərkibinin analizi aparılıb. Onun tərkibində bir çox digər orqanik birləşmələr arasında üç unikal maddə aşkar edilib.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, bunlar abietik, dehidroabietik və palustrik turşuları olub. Bu birləşmələr qətran turşularına aiddir və şam ağacları tərəfindən istehsal edilir. Onları patogen bakteriyaların 9 tipinə qarşı testdən keçiriblər. Qətran turşuları qızılı stafilokokun bəzi ştammları daxil olmaqla, qram müsbət bakteriyaları məhv edib.

 

Tədqiqatçıların sözlərinə görə, abietik turşu və ondan istehsal olunan maddələr gələcəkdə yeni antibiotiklərin əsasını təşkil edəcək. Patogenlər dərmanların köhnə antibiotiklərə qarşı dayanıqlılığını fəal inkişaf etdirir. Bu, xüsusilə qram müsbət bakteriyalara aiddir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır