Uzunömürlülərdə yaşla bağlı xəstəliklər çox az qeydə alınır
30.03.2021 09:14

Azərbaycanda uzunömürlülərlə bağlı aparılmış tədqiqatlar göstərir ki, bu insanlarda yaşla bağlı xəstəliklər çox az qeydə alınır.

 

Aztibb.az xəbər verir ki, bunu AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

 

Onun sözlərinə görə, tədqiqatın nəticələri əsasında məlum olub ki, uzunömürlülərdə güclü adaptiv kompensator və genetik faktorlar hesabına patoloji və invalyusion dəyişikliklər letal sonluğa gətirib çıxarmır.

 

S.Hüseynova qeyd edib ki, uzunömürlülərin yaxın qohumlarında irsi faktor özünü daha qabarıq göstərir:

 

"Belə ki, eyni ekoloji şəraitdə yaşamaqlarına baxmayaraq, kontrol qrupa nisbətən uzunömürlülər daha güclü adaptasiya imkanlarına malik olduqlarından onlarda yaşla bağlı xəstəliklər çox az qeydə alınır. Cənub bölgəsində yaşayan uzunömürlülər reproduktiv funksiyaların uzunmüddətli saxlanması ilə də fərqlənirlər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır