Şizofreniya və bakterial infeksiya arasında əlaqə tapıldı - TƏDQİQAT
25.03.2021 16:50

Şimali Karolina Dövlət Universitetində şizofreniyalı və şizoaffektiv pozuntusu olan insanların bartonellaya (qram mənfi bakteriya) yoluxduqlarını göstərən tədqiqatlar aparılıb.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki,  ekspertlər bu araşdırmaları infeksiya və psixi pozuntunun əlaqəsini öyrənmək məqsədilə aparıblar. Güman edilir ki, bartonellaya yoluxma psixika ilə bağlı problemlərə səbəb olur.

 

Bildirilir ki, pişiklər bartonellanın 40 məlum növündən minimum 3-nün daşıyıcısıdır: Bartonella henselae, Bartonella clridgeiae və Bartonella koehlerae.

 

Stabil və idarə oluna bilən şizofreniyalı və ya şizoaffektiv pozuntulu 17 insandan ibarət, eləcə də 13 sağlam insandan ibarət nəzarət qrup seçilib. Bütün könüllülərin qanında Bartonella infeksiyasının mövcudluğu yoxlanılıb. Həmçinin onlar xəstəliyin simptomlarının ağırlıq dərəcəsini və bartonella ilə potensial əlaqənin mövcudluğunu göstərən anketləri doldurublar.

 

Şizofreniyalı 17 pasiyentdən 12-nin qanından Bartonella DNT-si mövcud olub. Nəzarət qrupunda isə 13 insandan yalnız 1-də bu bakteriyaya rast gəlinib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır