Protein çatışmazlığının nəticələri
22.03.2021 11:12

Protein bədənin ehtiyacı olan vacib minerallardandır. Gündəlik həyatda protein ehtiyacının ödənilməsi üçün zülal tərkibli qidalara üstünlük verilməlidir.

 

Aztibb.az xəbər verir ki, protein çatışmazlığına müdaxilə edilmədiyi hallarda, ciddi sağlamlıq problemləri yarana bilər. Protein çatışmazlığı olan şəxslərdə qaraciyərin piylənməsi, saç, dəri, dırnaq problemləri, əzələ ağrıları müşahidə olunur.

 

Xüsusilə də vegan üsulu ilə qidalanan şəxslərdə protein əskikliyi müşahidə olunur. Aşağıdakı hallar protein əskikliyinin əlamətləridir:

 

- Yeniyetməlik vaxtı uşaqlarda inkişafın dayanması

- Saç tökülməsi

- Artıq çəki

- Qanazlığı

- Dəri problemləri

- Diş əti xəstəlikləri

- Sümük inkişafının dayanması

- Halsızlıq

- İmmunitet sisteminin zəifləməsi

 

Protein əsasən ət və ət məhsulları, ağartı və paxlalı bitkilərdən əldə olunur. Qırmızı əti buxarda, yaxud sobada bişirib, yanında tərəvəzlə istehlak etdiyiniz zaman bədəni ehtiyacı olan protein miqdarı ilə təmin edə bilərsiniz.

 

Yumurta isə saç və dırnaqların möhkəmlənməsinə kömək edir. Hər səhər bir ədəd yumurta yemək sizi daha sağlam və gün ərzində gümrah hiss etdirəcək.

 

Balıq istehlak etmək bədənin həm omega 3 , həm də protein ehtiyacını qarşılayır. Bu məqsədlə həftədə iki dəfə balıq yeyilməsi tövsiyə olunur.

 

Toyuq zəngin mineral dəyərinə sahibdir, protein çatışmazlığı olan şəxslərin qidalanmasında tövsiyə olunur.

 

Pendir süd məhsulları arasında vitamin və minerallarla ən zəngin olan qidadır. Xüsusilə səhər yeməyində pendir və yumurta yemək bədənin ehtiyacı olan protein miqdarının böyük hissəsini ödəyir.

 

Bununla yanaşı, lobya, mərci, noxud, fındıq, badam, qoz kimi paxlalı qidalar da proteinlə zəngindir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır