Keşnişin faydaları
12.03.2021 17:15

Keşniş Aralıq dənizi mənşəli qədim bitki hesab olunur. Tərkibi efir yağları, A, В, C, Е, K, PP vitaminləri və mikroelementlərlə zəngindir. Keşniş həzm prosesini yaxşılaşdırır, iştahı artırır. Onun özünəməxsus xüsusiyyətlərindən biri də sinir sisteminə sakitləşdirici təsir göstərməsidir.

 

Aztibb.az xəbər verir ki, keşniş gündəlik qidalanmada geniş istifadə olunur. Lakin həddən artıq qəbul etdikdə yuxugətirici təsir göstərir, yaddaşı zəiflədir. Onun toxumları isə konserv sənayesində, eləcə də qənnadı məmulatlarının hazırlanmasında ədviyyat kimi işlədilir. Keşnişin toxumlarından alınan efir yağı ətriyyat və sabun sənayesində istifadə edilir.


Bundan başqa, keşniş meyvələrindən xroniki mədə-bağırsaq xəstəliklərində iltihabı aradan qaldıran və mədənin həzm prosesini yaxşılaşdıran vasitə kimi çay dəmləyib içirlər.

 

Keşnişin çox güclü antiseptik, iltihab və mikrob əleyhinə xüsusiyyətləri var. Onu yemək bədəndəki xolesterolu tarazlayır, qan təzyiqinə yaxşı təsir edir. Qan təzyiqi normal olmayan insanlar üçün keşniş otu istehlak edilməsi tövsiyə olunur. 

 

Bu bitki sümük sağlamlığı və ağız xoraları üçün də faydalıdır. 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır