Martın 10-u Qızıl Aypara Günüdür
10.03.2021 12:51

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da təsis edilib. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, general-leytenant Əliağa Şıxlinski olub.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2008-ci il tarixli Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd edilir.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı gündən əhalinin aztəminatlı ailələrinə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və həssas qrupdan olan digər insanlara humanitar missiyasını davam etdirir. Cəmiyyət hazırda öz ətrafında 370 mindən çox üzvü, 20 minə yaxın könüllünü birləşdirir. Təşkilatın 92 rayon, şəhər, sahə bölməsi, 8 regional mərkəzi fəaliyyət göstərir.

 

Cəmiyyət son bir ildə ümumbəşəri bəlaya çevrilmiş yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində öz qüvvəsini səfərbər edərək humanitar missiyasını davam etdirir. Pandemiya dövründə ahıl və ehtiyacı olanlara humanitar yardımlar göstərilib. Əhali arasında maarifləndirmə işləri aparılıb, məlumatverici buklet və broşürlər paylanılıb.

 

Torpaqlarımızın düşmən işğalından azad olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətin əməkdaşları və fövqəladə mobil könüllü dəstələrin könüllüləri cəbhəyanı ərazilərdəki yerlərdə mülki əhalinin təxliyə olunmasında, humanitar yardımların göstərilməsində və yaralıların xəstəxanalara çatdırılmasında köməklik ediblər. 

 

Milli cəmiyyət özünün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatından bəhrələnən xüsusi humanitar missiyalı mandatı ilə dövlətin bu sahədə ən fəal yardımçısıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır