Efir yağları sakitlik və rahatlıq mənbəyidir
09.03.2021 16:04

Efir yağları ilə müalicə insanın əhvalına müsbət təsir göstərməklə yanaşı, immuniteti möhkəmləndirir. Həmin yağların tərkibində aktiv maddə olduğundan dəri üçün də xeyirlidir. Efir yağları ilə nəfəs aldıqda qoxu respiratorları qıcıqlanır, sakitləşmə və rahatlaşma baş verir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: “Lavanda, səndəl, zəncəfil, nanə kimi efir yağları insanı sakitləşdirir, onu stress və depressiyadan uzaq edir. Nanə və ağ şam ağacının efir yağı baş ağrıları və miqrenlə mübarizədə yaxşı vasitədir. Həmin efir yağlarından 6-8 damcı 1 stəkan süddə qarışdıraraq həftədə iki dəfə 10-20 dəqiqə müddətində aroma vannaları qəbul etmək məsləhətdir”.

 

Evkalipt, adaçayı, çay ağacı efir yağlarından qrip, angina, zökəm, bronxit və öskürək zamanı istifadə etmək olar. Portağal, limon, avokado, kakao və qızılgül efir yağları dərini cavanlaşdırır, daha sağlam və elastik edir. Badam, çobanyastığı efir yağları saçların vəziyyətini yaxşılaşdırır, onları daha canlı və parlaq edir. Badam yağı kipriklər üçün də çox xeyirlidir. Qreypfrut və portağal efir yağı arıqlamağa kömək edir, sellülitlə mübarizə aparır. Həmin yağlarla vannalar qəbul etmək və masaj etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır