Davamlı səs tutulmaları ciddi xəstəliklərin göstəricisi ola bilər - Həkim-otolarinqoloq
09.03.2021 15:43

Yaşadığımız həyatda bəzən səs tutulması ilə üzləşirik. Təəssüf ki, belə olanda çox vaxt əhəmiyyət vermirik, lakin bu halın tez-tez təkrarlanması ciddi xəstəliklərin göstəricisi ola bilər.

 

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-otolarinqoloqu Gülyaz Kazımova AZƏRTAC-a deyib: “Səs teli xəstəlikləri üç cür olur: orqanik, funksional və nevroloji. Orqanik xəstəliklərə daha çox evdar xanımlar arasında rast gəlinir. Onlar səs tellərini daha çox gücə salır, uşaqlara qışqırır və bunun nəticəsində səslərində dəyişiklik əmələ gəlir. Funksional problemlər daha çox səs tellərinin işləməsi, nevroloji problemlər isə səs tellərini təchiz edən sinirlərlə əlaqədar olur”.

 

Mütəxəssislər bildirirlər ki, bir həftə ərzində səsdə xırıltı və tutulma müşahidə olunarsa, pəhriz saxlamaq, səs tellərini qıcıqlandıran ərzaq məhsullarından uzaq durmaq lazımdır. Həmin hal davamlı şəkil aldıqda həkimə müraciət etməyə ehtiyac var.

 

Həkim-otolarinqoloq vəziyyətdən çıxış yollarını da göstərib: “Duzlu, istiotlu, turşulu və ədviyyatlı qidalardan maksimum dərəcədə imtina etmək lazımdır, çünki onlar birbaşa mədə turşuluğunu artırır, bu isə səs tellərinə yandırıcı təsir edir. Bundan başqa yuxu rejiminə riayət etmək, çoxlu su içmək lazımdır. Qazlı sular, energetik içkilər içməkdən, xüsusilə siqaret çəkməkdən uzaq olmaq lazımdır”.

 

Onun dediyinə görə, mədə turşuluğunun artmaması üçün qidalanmaya diqqət yetirməklə yanaşı, digər məqamları da nəzərə almaq lazımdır. Həkimin bildirdiyinə görə, ən qısa müddətli səs tutulmasında belə səsə ən azı bir gün istirahət vermək və imkan daxilində danışmamaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır