Ekspertlər sübüt etdi: Veqan olmaq sümüklər üçün təhlükəlidir
05.03.2021 18:28

Risklərin qiymətləndirilməsi üzrə Alman Federal İnstitutu qarışıq pəhrizə riayət edən 36 insanda, eləcə də 36 veqanda sümüklərin sağlamlıq vəziyyətini analiz ediblər.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, bunun üçün daban sümüyünün (sümük toxumasının sıxlığını göstərir) ultrasəs densitometriyası aparılıb. Nəticədə veqan pəhrizinə riayət edən insanların digərləri ilə müqayisədə, sümük sıxlığının orta hesabla daha aşağı göstəricilərinə malik olduğu aşkarlanıb.

 

Tədqiqatın gedişində alimlər, həmçinin qanda və sidikdə əhəmiyyətli biomarkerləri seçiblər. Bu,  pəhriz və sümüklərin sağlamlığı arasındakı əlaqəyə bağlı ola bilən qidalandırıcı maddələrin müəyyən olunmasına yönəldilib. 28 parametrdən sümüklərin sağlamlığı ilə ən sıx bağlı olan 12 biomarker müəyyən edilib. Məsələn, buraya amin turşusu lizin və A və B6 vitaminləri daxildir. Veqanlarda bu biomarker məlumatlarının səviyyəsi aşağı olub.

 

Tədqiqatçılar bildirirlər ki, A və B6 vitaminləri, lizin, leysin, omeqa3-ün yağ turşusu, R selenoproteini, yod, TSH, kalsium, maqnezium və α-Klotho zülalının kombinasiyası sümüklərin sağlamlığı ilə bağlıdır. FGF23 (fibroblastların artması amili) hormonunun daha aşağı konsentrasiyaları isə densitometriyanın daha yüksək göstəriciləri zamanı müşahidə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır