Acı bibər yemək ölüm riskini azaldır  
03.03.2021 09:48

Amerika Kardiologiya Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, acı bibərdən (çili) müntəzəm istifadə etmək ölüm riskini dörddə bir qədər azalda bilir.

 

Aztibb.az www.medikforum.ru-ya istinadən xəbər verir ki, bu barədə “Express” nəşriyyatının çap etdiyi materialda bildirilir. Tədqiqatçılar bir sıra ölkələrdən olan 570 mindən çox insanın məlumatlarını təhlil ediblər. Mütəxəssislər insanların qidalanma vərdişlərinin bir-biri ilə əlaqə prosesi, təhlükəli xəstəliklərin yaranma riski və ölüm halları ilə maraqlanıblar. Layihənin müəllifləri belə qənaətə gəliblər ki, kəskin qidalara meyllilik ölüm riskini nəzərəçarpacaq dərəcədə azaldaraq həyatı uzada bilər.

 

“Rasionlarında daim acı bibər olan insanlarda ürək-damar xəstəliklərindən ölmək ehtimalı 26 faiz, xərçəngdən isə 23 faiz azalır”, – deyə alimlər qeyd ediblər.

 

Elmi ekspertlər hesab edirlər ki, səbəbindən asılı olmayaraq, bibər pərəstişkarları arasında ölüm nisbəti dörddə bir qədər az olur. Bibərin istifadəsinin ölüm riskini azaltdığını izah edən ekspertlər, bunu, sözügedən kəskin məhsulun tərkibindəki komponentlərinin təsiri ilə əlaqələndirirlər. Bibərdən müntəzəm istifadə oksidan, iltihab və xərçəng şişi əleyhinə səmərəli təsir etməklə yanaşı qanda qlükoza səviyyəsinin normallaşmasına kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır