Həkimlər ATOPİK DERMATİTin müalicəsinin yeni üsulunu tapıblar
26.02.2021 14:45

Kaliforniya Universitetinin Tibb məktəbi insanın sağlam dərisindən alınmış bakteriyaların atopik dermatiti (ekzema) sağalda bilən universal ştammını aşkar ediblər. Mütəxəssislər bu bakteriyaların təhlükəsizliyi və hərəkət mexanizmlərini tədqiq ediblər. Heyvanlar üzərində aparılan sınaqlar və kliniki tədqiqatların birinci mərhələsi başa çatıb.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, 54 insanın iştirak etdiyi kliniki tədqiqatda hər üç iştirakçıdan ikisində simptomların yaxşılaşması müşahidə olunub. Sınaqlar dəridə təhlükəli patogen olan qızılı stafilokokun azaldığını göstərib. Onlar qaşınma və iltihabdan daha az şikayət etməyə başlayıblar, bu halda əlavə təsirlər qeyd edilməyib.

 

Sağlam insanların dərisindən alınmış stafilokok bakteriyalarının 8000-dən çox izolyatorları analizə cəlb olunub. Alimlər qızılı stafilokokun artmasını kəskin azaldan bir neçə ştamm aşkar ediblər.

 

Çoxsaylı yoxlamalardan sonra "Staphylococcus hominis A9" bakteriyalarının birmənalı olaraq atopik dermatitin müalicəsində effektiv olan bir ştammı müəyyən edilib. Məsələn, bu ştammdan hazırlanmış losyon (3 gün boyunca gündə 2 dəfə dəriyə çəkilən) dermatiti olan siçanları tamamilə sağaldıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır