"Dünyanın ən bahalı materialı olan antimaddə tibbdə Pozitron Emission Tomoqrafiya müayinəsində istifadə olunur"
22.02.2021 18:15
Dünyanın ən böyük elmi tədqiqat mərkəzi olan Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) İsveçrədə yerləşir və antimaddə hissəcikləri istehsal edir. Antimaddəni təşkil edən hissəciklərin elektrik yükü maddənin hissəciklərinin elektrik yükünün əksidir. Antimaddə insanların bu günə qədər əldə edə bildiyi ən güclü enerji mənbəyidir. Onun faydalı iş əmsalı 100%-dir. Müqayisə üçün, nüvə silahının effektivlik faizi cəmi 1,5%-dir. Onun bir damcısından alınan enerji Nyu York şəhərini 1 gün elektrik enerjisi ilə təmin edə bilər.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-anestezioloq Şahin Məmmədov sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, antimaddə bütün maddələrlə, hətta hava ilə əlaqədə olduqda maddəni və özünü yox edir, nəticədə çox güclü enerji ortaya çıxır. 1 qram antimaddə Hiroşimaya atılan atom bombası qədər enerji əmələ gətirir. İndiyədək məlum olan ən dağıdıcı nüvə silahı Rusiyanın (SSRİ 1961) istehsal etdiyi Çar bombasıdır. 1 kq antimaddə bombası isə 27000 kq Çar bombasına bərabərdir. Antimaddənin hazırlanması çox çətindir və böyük vəsait tələb edir.
Ş.Məmmədov bildirib ki, antimaddə dünyada ən bahalı materialıdır. Onun 1 qramı 62,5 trilyon dollardır. Onun enerjisinin ulduzlararası kosmik gəmilərdə istifadə edilməsi planlaşdırılır. Bu maddədən dünyanın ən qorxulu silahının da hazırlanması istisna edilmir.
Həkim-anestezioloq vurğulayıb ki, hazırda antimaddə tibbdə Pozitron Emission Tomoqrafiya müayinəsində (PET) istifadə olunur. PET digər radioloji müayinələrdən fərqli olaraq, hüceyrə daxilində gedən metabolizmi göstərə bilir. Bu qurğu Azərbaycanda yalnız Milli Onkologiya Mərkəzində mövcuddur.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

