Ağızdan gələn pis qoxu bir çox xəstəliklərin əlamətidir
11.02.2021 09:18

“Ağız qoxusu elmi olaraq halitoz adlanır. Bunun həm fizioloji, həm də patoloji səbəbləri ola bilər. Birinci halda, ağız qoxusu səhər müşahidə edilir və gigiyena prosedurlarından sonra yox olur. İkinci vəziyyətdə, belə simptomun ortaya çıxması müəyyən tibbi səbəblərlə bağlıdır”.

 

Aztibb.az xəbər verir ki, bunu allergoloq-immunoloq Yevqeniya Parşina “aif.ru”ya açıqlamasında deyib.

 

Onun sözlərinə görə, halitozun meydana gəlməsinin əsas səbəbləri zəif ağız gigiyenası, çürük dişlər, xroniki angina və siqaret olur.

 

“Lakin bəzən ağızdan pis qoxunun gəlməsinə səbəb helicobacter pylori bakteriyası və mədə-bağırsaq traktatının xəstəlikləri olur. Şəkərli diabetdən əziyyət çəkən insanlar ağızda alma qoxusu hiss edirlər. Böyrək çatışmazlığı da ağızdan qoxu gəlməsi üçün daha bir səbəbidir”

 

Həkim bildirib ki, qaraciyər çatışmazlığı nəticəsində ağızdan çürümüş ət və ya yumurta qoxusu gələ bilər. Bunun səbəbi hidrogen sulfid olan havanın həzm sistemindən çıxmasıdır: “Həm də ağızdan yod qoxusu bədəndəki daha bir nasazlıqları göstərir. Anemiyanın inkişafı nəticəsində ağızda metal qoxusu hissi yaranır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır