Bioloqlar: İmmunitetin “qısa yaddaşı” ömrü uzada bilər  
09.02.2021 22:00

Bioloqlar kor siçanlar üzərində tədqiqat apararaq müəyyən ediblər ki, həmin gəmiricilər immun sistemində uzunmüddətli “yaddaşın” olmaması səbəbindən qeyri-adi dərəcədə çox yaşayır. Bu xüsusiyyət immunitetin daim yenilənməsinə və səhvlərin toplanmamasına imkan yaradır. Tədqiqatın nəticələri “Nature Aging” jurnalında dərc edilib.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, əldə edilən məlumatlar məməlilərdə adaptiv immun sisteminin işinə dair ənənəvi fikirlərin tam olmadığını göstərib. Faktların çoxuna görə, kor siçanlarda immunitetin yaddaşı qısa müddət üçün istiqamətlənib. Bu, onları iltihabdan və autoimmun reaksiyalardan qoruyur.

 

Bioloqlar güman edirlər ki, müxtəlif növ canlıların ömrünün uzunluğu onların tipik bədən kütləsi ilə qarşılıqlı əlaqədədir. Məsələn, siçanlar, siçovullar və ya balaca quşlar nisbətən az, qartallar, fillər və böyük pişiklər yarımfəsiləsindən olan canlılar on illərlə, hətta daha çox yaşayır. Bəzən bu qanunauyğunluq pozulur. Kütləsi çox az olan “ölməz” Kap kor siçanı, habelə “Spalax golani”, “Spalax judaei” və “Spalax galili” növləri bu qəbildəndir. Bu gəmiricilər iyirmi il yaşayır, hətta müxtəlif xərçəng şişlərinə qarşı dözümlü olur.

 

Rusiya Elmlər Akademiyasının Bioüzvi Kimya İnstitutunun şöbə müdiri Dmitri Çudakovun rəhbərliyi ilə Rusiyadan və digər ölkələrdən olan bioloqlar “Spalax galili” növünün xərçəngə davamlılığının və uzunömürlülüyünün səbəblərini müəyyənləşdirmək üçün onun immun sisteminin quruluşunu tədqiq ediblər.

 

Bunun üçün alimlər antitelin yaranmasında və patogenlərin müəyyən olunmasında iştirak edən immun hüceyrələrinin sayının, müxtəlifliyinin və davranışının necə dəyişdiyini, habelə onların həyat fəaliyyətini idarə edən genlərin fəallığını izləyiblər. Əldə edilən məlumatlar eyni yaşda olan digər növ siçanlarda immunitetin analoji hissəsi ilə müqayisə olunub.

 

Məlum olub ki, kor siçanlarda immunitetin uzun müddət saxlanması və antitelin formalaşması ilə bağlı olan “yetkin” T-hüceyrələri və B-hüceyrələr son dərəcə azdır. Həmçinin bu immun cisimlərinin “ehtiyat” hissələrinin müxtəlifliyi və sayı orqanizmdə yaşla əlaqədar azalmayıb. Qeyd edilən xüsusiyyətlər uzunmüddətli immunitet yaradan, yaşa dolduqca T-hüceyrələrin və B-hüceyrələrin azaldığı məməlilər üçün səciyyəvi deyil.

 

Alimlərin fikrincə, uzunömürlü gəmiricilərin immunitetinin bu özünəməxsusluğu onları orqanizmə hücum edən və ya xroniki iltihab doğuran böyük miqdarda hüceyrələrin yaranmasından qoruya bilər. Qeyd edilən zərərli hallar müxtəlif orqanlarda, o cümlədən beyində xərçəngin yaranmasına və hüceyrələrin kütləvi məhvinə səbəb olur. İmmunitetin faydalı xüsusiyyəti gəmiricələrə “havayı” verilmir – immunitetdə “uzunmüddətli” yaddaşın olmaması orqanizmi mikrob və virusların hücumuna həssas edir, həmin gəmiricilər hər belə hücumda antitelin yaranması və infeksiyanın aradan qaldırılmasının tam tsiklini keçməli olur.

 

Kor siçanların immunitetinin T-hüceyrələri və B-hüceyrələrinin “ehtiyat hissələrini” necə tamamladığı hələ ki məlum deyil. Alimlər ümid edirlər ki, gələcək tədqiqatlar sayəsində bu suala cavab vermək mümkün olacaq.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat