Yaşıl çay erkən ölüm riskini azaldır  
06.02.2021 10:38

Yaponiyalı kardioloqlar çoxlu yaşıl çay içməyin insult və infarkt keçirən insanlarda erkən ölüm ehtimalını əhəmiyyətli dərəcədə azalda biləcəyini sübut ediblər.

 

Aztibb.az scientificrussia.ru-ya istinadən məlumat verir ki, Yaponiyada iyirmi il ərzində 46 mindən çox insanın sağlamlığının monitorinqinə əsaslanan araşdırma “Stroke” jurnalındakı məqalədə dərc edilib.

 

“Müşahidələrimiz göstərib ki, həftə ərzində bir-altı fincan yaşıl çay içmək insult və infarkt keçirən şəxslərin ölüm riskini 27 faiz, yeddi və ya daha çox fincan içmək isə bu riski 60 faiz azaldır. Bunu bilmək vacibdir - Yaponiyada yaşıl çay ümumiyyətlə əlavəsiz istehlak edilir, yaponlar qəhvəyə süd və şəkər əlavə edirlər”, - deyə Osaka Universitetinin professoru Hiroyasu İso bildirib.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 15 milyon insan infarkt və insult keçirir. Onların beş milyonu əlil olur, daha beş milyonu isə vəfat edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır