Sosial təcrid pis vərdişləri artırır? - ARAŞDIRMA
05.02.2021 13:07

Sosial təcrid şəraitində pis vərdişlər artır.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, Yeni Cənubi Uels Universiteti bununla bağlı araşdırma aparıb.

 

Araşdırmada gəmiricilərdən istifadə edilib. Tədqiqat nəticəsində məlum olub ki, nikotinə alışmış siçovullar sosial təcrid olunduqda yenidən nikotin mənbəyi axtarmağa başlayıb. Heyvanlar digər gəmiricilərlə ümumi qəfəsə qaytarıldıqda isə nikotin axtarmağı dayandırıblar.

 

Qeyd edilib ki, insanların da sosial təcrid zamanı şəkər və siqaret istəklərinin artması və aşırı yemə narahatlığı ilə qarşılaşa bilərlər. Aktiv sosial qarşılıqlı təsir isə pis vərdişlərə qalib gəlməyə imkan verir.

 

Alimlər, qəhvə içmək və dostlarla söhbət etmək fürsətinin lazımsız yeməklərdən və siqaretlərdən yayındırdığını və zehni sağlamlığa da faydalı təsir göstərdiyini qeyd ediblər.

 

Qeyd edək ki, 2018-ci ildə amerikalı alimlər sosial təcridetmənin xüsusi bir maddə yığılmasına və beyində dəyişikliklərə səbəb olduğunu müəyyən etmişdilər. Beləliklə, uzun müddət davam edən sosial təcrid (2 həftə) laboratoriya heyvanlarının davranışında dəyişikliklərə səbəb olmuşdu. Siçanlar xüsusilə tanımadıqları şəxslərə qarşı daha aqressiv olduqları məlum olmuşdu.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır