ÜST: 2020-ci ildə 20 milyona yaxın insanda xərçəng xəstəliyi aşkarlanıb
05.02.2021 10:21

Xərçəng dünyadakı çoxsaylı ölümlərin ikinci əsas səbəbidir. Dünyanın hər 5-ci sakini tez, ya gec bu xəstəliyə tutulur. Xərçənglə əlaqəli ölümlərin 70 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.

 

Bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təqdim edilib.

 

ÜST ekspertlərinin bildirdiyinə görə, 2020-ci ildə 19,3 milyon insan xərçəng xəstəliyinə tutulub. Bu xəstəlik nəticəsində 10 milyon insan həyatını itirib.

 

Xəstəliyin ən geniş yayılan növü döş xərçəngidir. Həmçinin ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi və prostat xərçəngi də geniş yayılıb. Həmçinin bildirilir ki, onkoloji xəstəliklər uşaq və yeniyetmələr arasında ölüm hallarının əsas səbəbinə çevrilib. Hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur.

 

Mütəxəssislər erkən diaqnozun xərçəng xəstəliyinin müalicəsində əsas rol oynadığını vurğulayırlar. Keyfiyyətli erkən diaqnozun qoyulmaması və müalicənin vaxtında aparılmaması səbəbindən aşağı və orta gəlirli ölkələrdə xərçəng xəstəliyindən ölüm hallarının sayı zəngin ölkələrə nisbətən daha yüksəkdir.

 

Mütəxəssislər vəziyyətin COVID-19 pandemiyası fonunda daha da gərginləşdiyini söyləyirlər. Bildirilir ki, 2020-ci ildə ölkələrin 40 faizində xərçəng xəstəliyinə tutulanların müalicəsində pandemiya səbəbindən ciddi problemlər yaranıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır