4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür
04.02.2021 11:25

Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi (International Union Against Cancer, UICC) 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü (World Cancer Day) qeyd edir.

 

2000-ci ildən etibarən hər il keçirilən bu günün məqsədi ictimaiyyətin diqqətini son illərin ən böyük problemindən biri olan onkoloji xəstəliklərin əsas risk amillərinə cəlb etməkdir. Sağlam həyat tərzini, fiziki aktivliyi təbliğ edən bu günün çağırışı 2030-cu ilədək xərçəng və qeyri-infeksion xəstəliklərdən erkən ölüm sayını azatmağa nail olmaqdır. Bu il Ümumdünya Xərçənglə Mübarizə Gününün şüarı “Mən varam və olacağam!” seçilərək, bu xəstəliklə üzləşən insanları yaşamağa həvəsləndirməkdir.

 

Xərçəng hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz və ya anormal şəkildə böyüməsi və çoxalması nəticəsində yaranan xəstəlikdir. Gün ərzində insan bədənində (DNT-də) təxminən 10000 mutasiya olmasına baxmayaraq immun sistemi hər millisaniyə bədəni təmizləyir və xərçəngli hüceyrələri yox edir. Xərçəng meydana gəldiyi toxumaya uyğun olaraq adlandırılır. Şişlər həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir.

 

Ümumiyyətlə 100-ə yaxın xərçəng növü mövcuddur. Bunların arasında ən geniş yayılmışları hockin limfoması, beyində şiş, melanoma, yumurtalıq, qalın bağırsaq, mədə, ağ ciyər, böyrək, sidik kisəsi və prostat xərçəngləridir.

 

Mütəxəssislər bildirirlər ki, müasir dövrdə xərçəng xəstəliklərinin yaranma səbəbləri yaxşı məlumdur və bu, yeni xəstəlik hallarının təxminən üçdə bir hissəsinin qarşısını almağa imkan verir. Xərçəng şişi erkən mərhələdə aşkar edildikdə onun uğurlu müalicəsi mümkündür. Bundan əlavə, xərçəngin bir sıra növlərində şişlərin erkən mərhələdə aşkar edilməsi və lazımi qaydada müalicəsi sağalma şansını artırır. Belə ki, məlum kanserogenlərin müxtəlif növləri ilə, o cümlədən tütün tüstüsü ilə kontaktdan çəkinməklə xərçəng xəstəliyinə tutulma hallarının 40 faizə qədərinin qarşısını almaq olar.

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında çox vaxt süd vəzisi, kişilər arasında ağciyər, traxeya və bronxların xərçənginə təsadüf olunur. Bu xəstəliklərə çox vaxt yaşı 50-dən yuxarı olan insanlar tutulur. Amma daha gənc yaşlarda da bu xəstəliklərdən əziyyət çəkənlər var. Xoşbəxtlikdən, yaşlılarla müqayisədə uşaqlar çox vaxt bu xəstəliklərdən müalicə olunurlar.

 

Ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsində ciddi addımlar atılıb və bu iş planauyğun şəkildə davam etdirilir. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzini (MOM) artıq dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar.

 

2006-cı ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Onkoloji yardım haqqında” Qanun bədxassəli şişlərdən əziyyət çəkən Azərbaycan vətəndaşların pulsuz xüsusi tibbi və sosial yardım alması üçün hüquqi əsas yaradıb, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” isə dövlətimizin təbabətə və Azərbaycan əhalisinin sağlamlığının qorunmasına qayğısının əyani göstəricisidir.

 

 
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat