Pediatr bəzi modul tipli xəstəxanalarda uşaqlar üçün çarpayıların hazırlanmasının SƏBƏBİNİ AÇIQLADI 
01.02.2021 12:13

Pediatr Aytən İsmayılzadə sosial şəbəkələrdə uşaqların COVID-19-a kütləvi yoluxması və modul tipli xəstəxanalarda çarpayıların hazır vəziyyətə gətirilməsi ilə bağlı yayılmış səs yazısı nəticəsində yaranmış fikirlərə münasibət bildirib.

 

Aztibb.az xəbər verir ki, o, bəzi modul tipli xəstəxanalarda uşaqlar üçün çarpayılar hazırlandığını bildirib.

 

“Bəli, bu doğrudur ki, bəzi modul tipli xəstəxanalarda uşaqlar üçün çarpayılar hazırlanır. Amma bu Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanası (Zığ modul) üçün deyilib. Bu arada bir məqamı deyim ki, onsuz da bugünə kimi uşaqlar üçün xəstəxanalarımız olub. Sadəcə məhz bu modul bir az da uşaq pasiyentlərdən qazanmaq üçün yerlər hazırlayır. Yəni, bu məqam sizi təşvişə salmasın.

 

O da doğrudur ki üçüncü dalğanın sahibi mutant virus uşaqları yoluxdurmaq üçün xüsusi reseptora ehtiyac duymayacaq və daha çox uşaqları yoluxduracaq. Artıq Böyük Britaniyada bu hallar var, amma uşaqlar arsında ağırlaşma halları qeydə alınmamışdır. Ona görə hələ ki qorxu ilə özümüzü yükləməyək.

 

Niyə hazırlıq görülür? Çünki heç nə öncədən proqnoz edilə bilinmir. Ölkəmizdə yeni ştam varmı? Bəlkə də var. Onun olmasını bilmək üçün gərək hər xəstə uşaq test edilsin. Amma edilmir. Çünki onsuz da, bilsək belə, edəcəyimiz nə isə yoxdur. Hələ ki uşaqlar xəstələnsə də sağalır. Həmişə olduğu kimi kəskin respirator virus infeksiyaları (KRVİ) diaqnozu ilə müalicə edirik, orqanizmə dəstək oluruq, ağırlaşıb ağırlaşmayacağına nəzarət edirik. Yeni ştam uşaqlardan böyüklərə keçə biləcək deyə uşaq müəssisələri bağlanacaq”.

 

Pediatr, eyni zamanda, bir neçə tövsiyələr də verib:


"İndilik məsləhətim budur ki, böyüklər peyvənd olunsunlar. Bəlkə peyvənd yeni ştamma qarşı effektiv olar və boyüklər uşaqları yoluxdurmaz. Uşaqlar hələ ki məktəbə getsinlər, onlar üçün bir az dəyişiklik olar. Onsuz da vəziyyət ciddiləşsə, yenidən evdə qalacaqlar. Vəziyyət isə onlar məktəbə gedəcəyinə görə ciddiləşməyəcək. Bu, virusun aqressivliyinə bağlı olacaq. Yoxsa, sadə virus kimi də ötüşüb keçə bilər. Uşaqları indidən müxtəlif vitaminlərlə yükləməyin. Bunun heç bir mənası da yoxdur. Ola bilər ki, uşaqları yoluxduran COVID-19 özünü Rotavirusdan (qusma-ishal) artıq formada aparmaz. Belə olduqda təhlükə də olmayacaq.

 

Məni narahat edən və valideynləri də narahat etməli olan bir məqam da, uşaqların ümumiyyətlə peyvəndsiz qalmasıdır. Qızılca, göy öskürək, poliomielit kimi bildiyiniz ağır keçən xəstəliklərin peyvəndini etməyi ləngitməyin. Əsas onların təhlükəsi böyükdür. Dəqiq bildiyimiz budur. COVID-19 isə yeni hansı sürprizlə gələcək, onu dəqiq bilmirik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib