Gənc yaşda qadağan olunan prosedurlar
26.01.2021 23:37

Hər qadın yaşından gənc görünməyi arzulayır və bunun müəyyən sirləri var.

Rusiyanın tanınmış kosmetoloqu Yekaterina Morozova gənc qızlarım yetkin insanların dərisi üçün nəzərdə tutulan prosedurlardan imtina etməli olduğunu açıqlayıb.

 

Aztibb.az xəbər verir ki, o, bəzi prosedurların gənc qızların dərisinə zərər verə biləcəyini deyib.

 

Y.Morozova ilk növbədə 20 yaşda kəskin pilinqlər etdirməyin əleyhinə olduğunu qeyd edib:

 

"Məsələn, 20 yaşda kəskin dəri soyulması (pilinq), almaz dermabraziya, plazma müalicəsi, botulinum terapiyası edə bilməzsiniz.

 

Gənc yaşda insan belə kosmetik müdaxilələrə çox diqqətli olmalıdır. Bu dövrdə dəri güclü hormonal dəyişikliklərə məruz qalır və ətraf mühitə yenicə uyğunlaşmağa başlayır. Odur ki, dəriyə zərər verməyəcək düzgün baxımı seçmək vacibdir.

 

25 yaşda SMAS liftinq, biorevitalizasiya və botulinum müalicəsi zərərlidir. Ən yaxşı effekt üz masajı sayəsində əldə edilə bilər. Lenfatik drenajı seçmək daha yaxşıdır.

 

30 yaşdan sonra demək olar ki, bütün gözəllik prosedurları aktuallaşır. Gələcəkdə dərinin solmasının və tonusunu itirməsinin qarşısını ala bilmək üçün bu yaş ən məhsuldar dövrdür. Düzgün müalicə kursu da eyni dərəcədə önəmlidir.

 

35 yaşdasınızsa, bukkal üz masajı qəti şəkildə zərərlidir. Bu masaj əzələ korsetinin sallanmasına səbəb olacaq. Bütün digər prosedurlar edilə bilər, ancaq kosmetoloqun nəzarəti altında həyata keçirilməlidir".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır