Arıqlamaq istəyənlərin imtina etməli olduğu 9 QİDA - SİYAHI 
19.01.2021 15:19

Artıq çəki görünüş ilə yanaşı sağlamlıq baxımından da narahatlıq yaradır. Arıqlamaq üçün bəzi məhsulları qida rasionunuzdan çıxarmalısınız.

 

Aztibb.az çəki artımına səbəb olan qida və içkilərin siyahısını təqdim edir:

 

Marqarin

 

Marqarindən tamamilə imtina edilməli, və ya çox az miqdarda istehlak edilməlidir. Çünki bu yağın tərkibi trans yağlardır. Trans yağ turşuları qan damarlarına zərərlidir və ürək xəstəliyi riskini artırır. Ancaq vücudunuzun normal işləməsi üçün yağlara ehtiyac var, buna görə də zeytun yağı kimi sağlam yağlardan istifadə edilməlidir.

 

Qazlı şirin su

 

Qazlı şirin su zərərlidir. Vücudunuz fruktoza kimi bəzi şəkər növlərindən çox alarsa, qaraciyər onları qlükozaya çevirir. Vücudda qlükoza həddini aşdıqda istehlak edilən şəkərin qalan hissəsi yağa çevrilir.

 

Ağ çörək

 

Ağ çörək həzm üçün vacib olan nisbətən az lif ehtiva edir. Buğda çörəyində isə bu liflər çoxdur. 

 

Meyvə şirəsi

 

Meyvə suyu 100% təbii olsa da, yenə də sağlam qida deyil. Meyvə şirələri şəkərlə zəngindir. Həmçinin fabriklərdə meyvə şirələri ləzzətini qorumaq üçün oksigen çənlərində saxlanılır,  bu müddətdə də şirə faydalı xüsusiyyətlərini itirir.

 

Südlü sıyıq

 

Südlü sıyıq kimi əksər səhər yeməkləri bədənin asanlıqla həzm edə bilməyəcəyi şəkər və tatlandırıcılarla doludur. Yüngül səhər yeməyi istəyirsinizsə, yulafı seçin.

 

Duz

 

Çox duz istehlakı qan təzyiqi problemi yarada bilər ki, bu da ürək-damar xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, duz vücudda suyu saxlayır və bu da tərəzidə çəkilən zaman aydın görünür.

 

Yağsız qidalar

 

Çox yağ qəbulu ilə yanaşı, az yağ istehlakı da orqanizm problem yaradır. Bədənin daha aktiv işləməsi üçün yağ da lazımdır. Buna görə də yağsız qatıq normal yağlı qatıqdan yaxşı deyil. Yağlar tez-tez şəkərlə əvəz olunur, amcaq bu da sağlam deyil. Doymamış yağlardan istifadə məsləhətlidir. Doymuş və trans yağlar çox zərərlidir.

 

Pendir

 

Pendir həm sağlam, həm də zərərli ola bilər. Yağlı pendirlər çox kaloridir. Aşağı kalorili pendirlər yemək məsləhətlidir.

 

Spirtli içki

 

Spirtli içkidə karbohidrat və şəkər çox olur. Yalnız bir neçə stəkan şərab və ya pivə 300-dən çox kaloriyə bərabərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır