Bardaş qurmaq, yoxsa stulda əyləşmək? - Araşdırma
03.08.2020 22:17

Min illər ərzində bir çox xalqlar bardaş qurmaqdan, çarpaz ayaq mövqeyindən istifadə edərək döşəmədə əyləşib dincəlməyə üstünlük veriblər. Oturacaqların ixtira olunmasına baxmayaraq, döşəmədə oturmaq hələ də bir sıra mədəniyyətlərdə qorunub saxlanılıb.

 

Aztibb.az cnn.com-a istinadla məlumat verir ki, ingilisdilli xalqlar döşəmədə oturmağı “Hind üslubu” adlandırırlar. Bu oturuş həm də “Türk üslubu” kimi tanınır. Yoqada, çarpaz ayaq üslubunda olan, “suxasana” və ya lotus kimi tanınan bu oturuş növü əzələləri uzatmaq, duruşu yaxşılaşdırmaq və insana rahatlıq gətirmək üçün faydalıdır. Bəzi mütəxəssislər iddia edirlər ki, yemək yeyərkən bu vəziyyətdə oturmaq həzmə kömək edir.

 

Bardaş qurmaq üsulu ayaq, çanaq və onurğanın elastikliyini və hərəkətini inkişaf etdirməyə kömək edir.

 

Tədqiqatlar sübut edir ki, oturmağın müxtəlif üsulları bədənimizdə fərqli fiziki stresslər yaradır. Uzun müddət eyni vəziyyətdə oturmaq, bel bölgəsi və çanaq quruluşuna mənfi təsir göstərir. Bunun artrit kimi uzun müddətli sağlamlıq problemlərinə səbəb ola biləcəyi ehtimal olunur. Buna görə də, müxtəlif dəstəklər və ya köməkçi cihazlardan istifadə etmək, eləcə də uzun müddət oturaq vəziyyətdə olanlara tez-tez mövqelərini dəyişmək tövsiyə edilir.

 

Sağlamlıq mütəxəssisləri döşəmədə oturmağın onurğanın təbii əyriliyini qorumağa kömək etdiyini və bu səbəbdən insanların daha dik oturmalarını və duruşlarını yaxşılaşdırmalarını məsləhət görürlər. Bundan əlavə, döşəmədə oturmaq güc və elastikliliyin artırmasına kömək edir və bel ağrısından qorunmağa yardımçı olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır