Avokadonun orqanizmə faydası nədir? - TƏDQİQAT
09.01.2021 10:07

ABŞ alimləri artıq çəki və piylənmədən əziyyət çəkən 25-45 yaşa qədər 163 insan arasında avokadonun orqanizmə təsirini tədqiq ediblər.

 

Bu barədə “Journal of Nutrition” bildirib.

 

Qeyd edilir ki, könüllülər iki qrupa bölünüb. Birinci qrup hər gün səhər, nahar və şam yeməyinə avokado yeyib. Digər qrup avokadonun əlavə edilmədiyi yeməklərlə qidalanıb.

 

Sınaq 12 həftə davam edib. Bu vaxt ərzində alimlər iştirakçıların qan, sidik və nəcis analizlərini tədqiq ediblər.

İnsanlarda mütəmadi olaraq avokado istifadəsi səbəbindən nəcisdəki öd turşularının konsentrasiyası azalıb. Eyni zamanda, orqanizmdə xərçəngdən və digər iltihablardan qorunmaq üçün vacib olan yağ turşularının tərkibi artıb.

 

Bundan başqa, alimlər müəyyənləşdiriblər ki, avokado həzmə və bağırsaq mikrobiotasının metabolik funksiyalarına müsbət təsir edən bakteriyaların miqdarını artırır.

 

Avokadonun aclıq çəkmədən arıqlamaq üçün də faydalı olduğu məlumdur. Tərkibində ürək və yaddaş üçün doymamış yağlar olan bu meyvə insanı uzun müddət tox tutur. Avokadolarda, həmçinin iştahı nəzarətdə saxlamağa kömək edə biləcək lif mövcuddur. Bəzi elm adamları hətta avokadonun qarın yağının yığılmasını dayandırdığını iddia edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır