İnfeksiyalara qarşı immun sistemi güclü olan qan qrupları
06.01.2021 10:53

Alimlər infeksiyalara qarşı xüsusi güclü immuniteti olan qan qruplarını açıqlayıb.

 

Aztibb.az xəbər verir ki, bu, ilk növbədə dördüncü qan qrupunun daşıyıcılarına aiddir.

 

Yuxarıda göstərilən qan qrupuna aid şəxslərdə orqanizm invaziv viruslarla, bakterial maddələrlə, bəzi kimyəvi birləşmələrlə mübarizə aparan interferon proteinini daha fəal istehsal edir.

 

Alimlər müəyyənləşdiriblər ki, dördüncü qan qrupu daşıyıcıları arasında müvafiq halların 92 faizində interferon yaxşı istehsal olunur.

 

Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, “Qan qrupu insan bədəninin virus infeksiyası zamanı interferonu necə istehsal edə biləcəyinə təsir göstərir ki, bu da birbaşa immun sistemi ilə əlaqəlidir”.

 

Birinci və üçüncü qan qrupları olan insanlar da infeksiyalara qarşı kifayət qədər güclü immun sisteminə malikdirlər. Onlarda interferonun istehsal göstəriciləri müvafiq olaraq 80 və 91 faiz təşkil edir.

 

İkinci qan qrupuna gəldikdə isə elmi mütəxəssislərin fikrincə müvafiq halların 40 faizində immun sistemi üçün zəruri olan zülal az istehsal olunur. Qeyd olunmalıdır ki, digər qruplardan fərqli olaraq bu qan qrupu yoluxucu xəstəliklərə meyillilik də yarada bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır