Bir gündə nə qədər sitrus meyvəsi yeməliyik?
05.01.2021 12:37

Koronavirus pandemiyası dövründə insanlar mandarin, kivi, banan, portağal kimi sitrus meyvələrini bol-bol qəbul edir. Bu, insanlarda həm təbii qida baxımından, həm də onların tərkibindəki C vitamini olduğunu düşünərək orqanizmi gücləndirmək niyyətilə bağlıdır. Lakin dietoloqların fikrincə, sitrus meyvələrini gün ərzində qəbul edilən norma daxilində yemək lazımdır.

 

- Sağlam, böyük insan gündə cəmi 3 ədəd mandarin yeyə bilər. Əgər ürəyi çox istəyirsə, yalnız 5 saatdan sonra 1-2 ədəd də yemək olar. Həmçinin gün ərzində bir portağal orqanizm üçün kifayətdir;

 

- Sitrus meyvələrinin özünü yemək şirəsini içməkdən daha uyğundur. Çünki meyvədə lazımi maddələr olur;

 

- Azyaşlı uşaqlara isə 1 mandarin, 1-2 portağal dilimi normadır;

 

- Mədə-bağırsaq selikli qişasında problem olanlar, allergiyalı insanlar, diabet xəstələri hər gün sitrus yeməməlidir. Onlarda norma 2 dəfə azdır;

 

 

- Sitrus meyvələri acqarına yemək olmaz. Onlar yeməkdən yarım saat sonra yeyilməlidir.

 

Ekspertlər uşaqlarla daha ehtiyatlı olmağı tövsiyə edir. Çünki sitrus meyvəsi yedikdə, şirəsini içdikdə toxluq hiss olunmur, qanda qlükoza kəskin artır, insulin yüksəlir, yarım saat sonra insan acıyır. Bu da uşaqlarda maddələr mübadiləsini və insulin sintezini pozur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır