Görmə qabiliyyətini qorumağın əsas yolları  
05.01.2021 10:44

Görmə qabiliyyətinin zəifləməsinə təkcə yaş təsir etmir. Güclü stress görmə qabiliyyətinin kəskin azalmasına təsir göstərə bilər.

 

Göz sağlamlığını qorumaq üçün öncə yaxşı yatmaq lazımdır. Yuxu bütün bədənin sağlamlığı üçün vacibdir. İstirahətin olmaması görmə sinirində problemlərə səbəb ola bilər ki, bu da görmə itkisi ilə nəticələnir. Gündə azı səkkiz saat, qaranlıq və yaxşı havalandırılan otaqda yatmaq daha faydalıdır.

 

Sadə idman hərəkətləri ilə göz sağlamlığını qorumaq mümkündür. Gözlərinizlə dairəvi hərəkətlər edin və görmə fokusunu yaxın obyektlərdən uzaq olanlara dəyişin. Göz əzələlərinin tənbəlləşməsinin qarşısını alan bu idman hərəkətlərini ağ, ya da açıq rəngli divarın qarşısında etmək lazımdır.

 

Kompyuterlə işləyən zaman hər saat fasilə verin. Gün işığını və üfüqi görmək üçün havaya çıxmaq və ya pəncərəyə baxmaq ən yaxşısıdır. Bu üsul üç dəqiqə davam etməlidir. Nəticədə gözləriniz dincələcək.

 

Qidaya diqqət etmək və pis vərdişlərdən uzaq olmaq da gözlərə xeyirlidir. Menyunuzda çoxlu meyvə, tərəvəz, yağlı dəniz balığı və qoz-fındıqlar olmalıdır. Siqaret görmə qabiliyyətinə ən çox təsir edir. Nikotin gözün selikli qişasını məhv edir və göz almasının təzyiqini artırır, bütün bunlar görmə sinirin zədələnməsinə və görmə qabiliyyətinin pisləşməsinə səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır