Xolesterinin səviyyəsini aşağı salan ƏLAVƏLƏR
04.01.2021 11:17

Ekspertlər "pis" xolesterinin səviyyəsini aşağı salan qida əlavələrinin adlarını açıqlayıblar.

 

Aztibb.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, mütəxəssislər birinci qida əlavəsi kimi maqneziumu açıqlayıblar. Qeyd edilir ki, onun gündəlik qəbulu yalnız "pis"in səviyyəsini aşağı salmır, həm də "yaxşı" xolesterinin orqanizmdəki səviyyəsini artırır. Bundan başqa, həmin maddə əhəmiyyətli mineraldır, qan təzyiqinin nizama salınması və qanda şəkərin səviyyəsi üçün lazımdır.

 

İkinci əlavə yaşıl çay cövhəridir. O, xüsusi halda ürək xəstəliklərinin inkişafı riskini azaltmağa kömək edir. Yaşıl çay, həmçinin antioksidant, antibakterial, virus və xərçəng əleyhinə xüsusiyyətləri olan polifenollarla da zəngindir.

 

"Pis" xolesterinin səviyyəsini artıran amillərə yüksək tərkibli trans-yağlarla qidalanma, artıq çəki, hipodinamiya və papiros çəkmə də aiddir.

 

"Pis" xolesterinin səviyyəsini aşağı salan amillərə idman və ümumiyyətlə müntəzəm fiziki fəallıq, siqaret çəkmədən və alkoqollu içkilərin istifadəsindən imtina, az doymuş heyvan piyinə və karbohidratlara malik yeməklər aiddir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır