Saxta ətirlərin yaratdığı dəhşətli XƏSTƏLİKLƏR - Necə ayırd etməli?
04.01.2021 10:39

Saxta ətirlərdən uzun müddət istifadə xərçəngə səbəb ola bilər. Mütəxəssislər original parfumlərin belə tamamən zərərsiz olmadığını bildirərək, kimyəvi tərkibi olmayan təbii qoxulara üstünlük verməyi məsləhət görür.

 

Aztibb.az xəbər verir ki, ətirlərin təsir gördüyü ən önəmli orqanımız dərimizdir. Ona görə də mütəxəssislər onu dəriyə deyil, geyimlərimizə vurmağı məsləhət görür. Həmçinin, qoxuların təmas etdiyi yeri günəşdən qorumaq önəmlidir.

 

Ətirlərin ən çox təsir gördüyü ikinci orqan isə tənəffüs sistemidir. Saxta ətirlər burun tutulması, öskürək, qıcıqlanma, xroniki baş ağrısı, yorğunluq, qarın ağrısı, gözlərdə allergiya kimi problemlərə yol aça bilər. Uzun müddət saxta ətirlərə məruz qalmaq ağciyər xərçənginin yaranmasında rol oynadığı araşdırmalarda sübut edilib. Araşdırmalara görə, original ətirlərin də tamamən zərərsiz olduğunu deyə bilmərik. Buna görə də kimyəvi tərkibi olmayan təbii ətirlər seçmək sağlamlığınız üçün də önəmlidir.

 

Bir çox ətir rəfləri əslində bənzədilmiş saxta məhsullarla dolu olur. Əksərən müştərilərin bundan xəbəri olmur və baha qiymətə saxta ətir alır. Qeyd edək ki, saxta ətirlər bizə həm maddi, həm də sağlamlıq baxımından zərər vurur. Ancaq bu saxta malları ayırd etməyin çox sadə yolları var.

 

Qüsursuz paketləmə

 

Əgər şəffaf örtük narahatedici, düzgün olmayan bir şəkildə yapışdırılıbsa, o ətir saxtadır. Həqiqi ətir qutuları hər zaman qüsursuz örtüyə sahibdir....

 

Şüşə keyfiyyəti

 

Həqiqi ətirlərin yüksək keyfiyyətli şüşələri olur. Saxta olanlar isə daha kobud və düzgün olmayan xarici xətlərə sahibdir.

 

Keyfiyyətli qutu seçimi

 

Həqiqi paketləmə yüksək keyfiyyətli kartondan hazırlanır və şüşəni zərbələrə qarşı qoruyacaq şəkildə hazırlanır. Buna görə qutuların içində ətir şüşəsini tutacaq bir boşluq var. Həmçinin karton ağ olmalıdır, bozumtul yox.

 

Detalları gözdən qaçırmayın

 

Ətir mağazalarında rəflərdə gördüyümüz məhsullar çox gizli dəyişikliklərlə orijinallarından ayırd edilə bilir. Bu hiylə işbaz istehsalçılara məhkəmə işlərindən qurtulma şansı verir. Bu səbəblə ətir alarkən məhsulu yaxşıca yoxlamadan almayın.

 

Paketini yoxlayın

 

Orijinal ətirlər olduqca qalın və qutunu yaxşıca bükən şəffaf örtüyə malikbir. Düzgün sarılmamış qutular saxtalıq əlaməti ola bilər.

 

Etiket və yazılar

 

Orijinal qutu və saxta qutu üzərindəki yazıya diqqət edildiyində gözlə görülə bilən fərqlər var. Ətir alarkən məhsulun internet səhifəsini də ziyarət etməkdən çəkinməyin, oradakı məhsul haqqında məlumatları və paketi müqayisə edin. Ən kiçik fərq belə imitasiya əlamətidir.

 

Ətir rəngi

 

Məşhur markalar ətirlərində çox boya istifadə etmirlər. Buna görə həqiqi ətirlərin rəngi daha açıq olur. Ətrin diqqətçəkən kimyəvi rəngi onun saxta olduğunun bir işarəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır