Kökəlmənin əsas səbəblərindən biri YUXUSUZLUQDUR - ARAŞDIRMA 
03.01.2021 00:32

Normal olmayan yuxu insanın dərisinə, mədə-bağırsaq sisteminə, immunitetinə, çəkisinin normal qalmamasına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislər araşdırma nəticəsində  yetərincə yatmayan adamların kökəlməyə meyilli olduğunu müəyyən ediblər. Onlar yuxusuzluğun orqanizmdə bir çox hormonun normal funksiyasına mənfi təsir etdiyini sübut edib.


Mütəxəssislər yuxusuz qalan insanlara hər axşam yeməyindən sonra piyada gəzməyi məsləhət görür. Məlumata görə, bundan başqa duş qəbul etmək, kitab oxumaq, çox qida qəbul etməmək də yuxuya yaxşı təsir edir

 

Alimlər artıq çəkidən əziyyət çəkən adamlara çəkisini azaltmaq üçün ilk növbədə yuxusunu normaya salmağı məsləhət bilirlər. Çünki yuxusuzluq maddələr mübadiləsini pozur və insanın yağ-piy mübadiləsini korlayır.

 

Bir həftə yuxusuz qalmaq orqanizmin qlükoza qəbulu zamanı baş verən insuilin mübadiləsinin də pozulmasına səbəb olur. Bu zaman insulin qanda olan qlükozanı parçalayıb enerjiyə çevirə bilmir və qanda qlükozanın miqdarının artmasına səbəb olur.

 

Yuxusuzluq beynimizdə olan kanabinoid reseptorlarına təsir edərək insanın acmasına və artıq qida qəbuluna səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır