Donmuş qidaların TƏHLÜKƏSİ  - Düzgün istifadə QAYDALARI 
03.01.2021 00:15

Qida maddələri fiziki, kimyəvi və bioloji yollarla saxlanma üsullarına görə uzun müddət buzluqda saxlanıla bilir.

 

Maye halında və tərkibində maye olan qidaların donması və kristallaşması, qidaların biokimyəvi və mikrobioloji tərkibini dəyişdirir. Bu dəyişikliyin təsiri qidanın davamlılığına çox təsir edir.

 

Qidaların orqanizm üçün zərərli olmamasına diqqət yetirərkən aşağdakıları nəzərə almaq lazımdır:


* Buzluğun temperaturu -18*0-də sabit olmalıdır.


* Buzluğun qapısı tez-tez açılmamalıdır.


* Buzluğun tempraturu -18*- dən az olmamlıdır.


* Qidaların yeyilməsi üçün mülayim temperaturda isinməsi gözlənilməlidir.


* Buzluqda qalan qidaların öz keyfiyyətlərini itirməməsi üçün dəfələrlə isidilib, yenidən buzluğa qoyulmamalıdır.


* Buzluğa yalnız keyfiyyətli qidalar qoyulmalıdır.


* Meyvələr təbii yollarla yetişdirilib öz mövsümündə buzluğa qoyulduqda keyfiyyətini itirmir.


* Buzluğa qoyulan qidalar birdəfəlik istifadəyə lazım olan qədər qoyulmalıdır.


* Buzluğa qoyulan qidalar xüsusi paketlərdə saxlanılmalıdır.


* Buz gözündə saxlanılan tərəvəzlər oradan çıxarıldıqdan sonra dərhal soyuq suya salınıb donu açılmalı və suyu süzülməlidir.


* Buzluğa isti və ilıq qida qoyulmamalıdır.


* Buzluğa sərt qablarda qida qoyulmamlıdır.


* Qidaları paketə yığarkən paketin içərisindəki hava çıxarılmalıdır.


* Buzluğa qoyulan paketin üzərinə içərisində olan qidanın adı yazılmalıdır.


* Buzluqdan çıxarılan qidalardan qısa müddət ərzində istifadə edilməlidir.


* Vaxtaşırı buzluq təmizlənməli, buzu əridilməli və qurudulmalıdır.


* İşıqlar söndüyü zaman buzluğun gözü açılmamalıdır.


* Buzluğun təmizlənməsi üçün orada qidaların az olduğu və soyuq havalı günlər seçilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır