Soyuq havalarda necə qidalanmalı?
03.01.2021 00:11

Qış fəslində orqanizm qızınmaq üçün çox enerji sərf edir. Ən çox da bayırda orqanizmin istiyə ehtiyac duyduğu anlarda enerji sərfiyyatı çoxalır.

 

Lazım olan enerjini əldə eləmək üçün isə orqanizm lazım olduğu qədər qida qəbul eləmlidir. Bu enerjini isə insan müxtəlif qidalardan almalıdır.

 

Dənli və paxlalı bitkilər, meyvə və tərəvəzlər, süd və ət məhsulları orqanizmin enerjiyə olan təlabatını ödəyir.

 

Soyuq qış aylarında mütəxəssislər karbohidrat qəbulunu azaltmağı və yatmazdan 4 saat əvvəl axşam yeməyini yeməyi məsləhət bilirlər. Çünki qidanın çox qəbulu və soyuq havalarda az hərəkətlilik maddələr mübadiləsinin sürətini azaldır. Bu zaman qəbul edilən qidalar orqanizmdə piy toxumasına çevrilir.


Dietoloqlar qış aylarında aşağıdakı qida rasionuna əməl eləməyi məsləhət bilir.


* Səhər yeməyi.


Taxıl bitkilərindən hazırlanmış sıyıq. Bu sıyıq orqanizmə enerji verir və bədəni isti saxlayır. Sıyığa 1 çay qaşığı bal atıb yemək isə sizin immunitetinizi qaldıracaq və özünüzü xoşbəxt hiss edəcəksiniz.


* Günorta yeməyi.

 

Günorta istədiyiniz yeməyi yedikdən sonra banan və ya xurma qəbul edin. Banan və xurma serotonin hormonunu artırır. Bu da sizin əhval-ruhiyyənizin qalxmasına səbəb olacaq.


* Axşam yeməyi.


Axşam yeməyi zamanı istədiyinizi yeyə bilərsiniz, amma dietoloqlar şam süfrəsində 3 müxtəlif rəngli tərəvəzin olmasını məsləhət bilirlər. Yəni axşam süfrəsində pomidor, xiyar və sarı bolqar bibərinin olması məsləhətli sayılır.


Dietoloqlar soyuq qış aylarında tünd şokolad yeməyi məsləhət bilirlər. Çünkişokoladın tərkibi antioksidantlarla zəngindir. Bu da beyin daxil olmaqla, bütün bədəni qış aylarında isti və gümrah saxlayır.

 

Dietoloqlar qış aylarında kalorili qida qəbul eləməkdən çəkinməməyinizi məsləhət bilir. Çünki ilin bu fəslində orqanizmin vitaminə daha çox ehtiyacı olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır