İnfarkt və insultdan qorunmağın üç sadə yolu
28.12.2020 11:02

“Sağlam qida, çox hadisələrə əsəbləşməmək və idmanla məşğul olmaq infarkt, insult və digər xəstəliklərin qarşısını almağa kömək edir”.

 

Aztibb.az iz.ru-ya istinadən xəbər verir ki, bunu almaniyalı alim və həkim Ditrix Qrenemeyer “FOCUS” nəşrinə verdiyi müsahibədə deyib.

 

“Kiçik qan lövhələri iltihablı toxumaya yapışdıqda və yağ yığdıqda arteriyalar tıxanır. Qan damarlarının tıxanması ateroskleroza səbəb olur. Gələcəkdə bu proses infarkt, insult və ya digər xəstəliklərlə nəticələnir. Bunun baş verməməsi üçün davamlı, hər gün azı bir saat idman edilməlidir”, - deyə alim bildirib.

 

Alman həkim qeyd edib ki, sağlam pəhriz də profilaktik tədbirdir: “Şəkər və spirtin qəbulu da minimuma endirilməlidir. Bunun əvəzinə tərəvəz və az yağlı qidalar qəbul edilməlidir”.

 

Onun sözlərinə görə, üçüncü məqam stressdən uzaq olmaqdır. Belə ki, stressə düşəndə qan təzyiqi qalxır, ürək daha sürətli döyünməyə başlayır və əzələlərdə dartınma əmələ gəlir. Stressin təsirindən isə orqanizmdə qan dövranı zəifləyir, damarlarda tromblaşma əmələ gəlir və hətta bəzən bu narahatılıqlar infarktla da nəticələnir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır