Yanğın tüstüsü yoluxucu xəstəliklərə səbəb olan mikroorqanizmlərin daşıyıcısı ola bilər
21.12.2020 09:34

Alimlər meşə yanğınlarının tüstüsündə təhlükəli yoluxucu xəstəliklərə səbəb olan hissəciklər aşkarlayıb. Bu hissəciklər yanğın yerlərindən minlərlə kilometr uzaqlaşa bilir. Tədqiqatçılar qeyd edirlər ki, meşə yanğınları ABŞ və Avstraliyanın bəzi yerlərində artıq mövsümi normaya çevrilirlər.

 

Aztibb.az hightech.fm saytına istinadla xəbər verir ki, 2020-ci ildə ABŞ-ın qərbindəki meşə yanğınları ərazi üzrə yeni rekordlar müəyyənləşdirib və bir çox həftələr ərzində ardıcıl olaraq havanın keyfiyyətini təhlükəli səviyyəyə çatdırıb.

 

Alimlər artıq bu tüstünün ürək və ağciyərlərə zərər verə biləcəyini, astma və ya bronxit kimi iltihablı xəstəliklərə səbəb olacağını da öyrəniblər. Onlar müəyyənləşdiriblər ki, tüstü həm də göbələk və bakteriya hüceyrələrindəki maddələr mübadiləsinin kənar məhsullardan ibarət olan hava hissəciklərinin bioaerosol mənbəyidir. 5 mikrondan kiçik olan hissəciklər yüzlərlə, hətta minlərlə kilometr uça bilirlər. Onların hərəkəti yanğından sonra atmosferdəki vəziyyətdən asılı olur.

 

Yanğın mənbəyinin yaxınlığındakı tüstüdə yüksək səviyyədə cəmləşən mikroorqanizmlər infeksiyanı daha geniş ərazilərə yayan aktiv maddələrə çevrilə bilir. Deyilənlərə misal olaraq, torpaq örtüyü pozulduqda hava ilə yayılan göbələkləri - koksidioidomikozları göstərmək olar ki, onlar da öz növbəsində “Rift-Valli” qızdırması adlanan ciddi yoluxmalara səbəb olur.

 

Tədqiqatçılar qeyd edirlər ki, məsələnin mürəkkəbliyi yanğınların ekologiyası, mikrobiologiya, epidemiologiya, ictimai səhiyyə və yoluxucu xəstəliklər kimi müxtəlif elm sahələrindən olan ekspertlərin bu işdə fəal iştirakını tələb edir.

 

Bundan əlavə, tədqiqatçılar uzunmüddətli meşə yanğınları mövsümünün intensivliyinin artma tendensiyası şəraitində tüstü ilə yayılan mikrobların insan sağlamlığına təsirinin öyrənilməsi sahəsində birgə çalışmağa ciddi ehtiyac olduğunu bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır