Zəncəfilin insan orqanizminə təsirləri - Fitoterapevtdən tövsiyələr
17.12.2020 11:16

Həkim-fitoterapevt Fizuli Hüseynov zəncəfilin insan orqanizminə təsirləri üzrə aparılan araşdırmaların nəticələrinə dair məqaləsində bu bitkinin faydalarından bəhs edib.

 

Aztibb.az həmin nəticələri təqdim edir:

 

Zəncəfilin iltihab əleyhinə və kapilyar genişləndirici təsiri:


İnvitro çalışmalarda zəncəfilin sulu ekstraktı kapilyar keçməməzliyinə səbəb olan epinefrin, ADP və araxidon turşusunu blokada etmişdir. Zəncəfil dəmləməsi həm də qanda prostoqlandilərin blokatoru kimi təsir göstərmişdir. Deməli zəncəfil kapilyar qan keçiriciliyini artırmaqla qan dövranı pozğunluğunda, reyno sindromlu xəstələrdə, müxtəlif mənşəli iltihabi xəstəliklərdən sonra qanda yüksəlmiş olan prostqlandinlərin miqdarını azaltmaqla müalicəvi təsir göstərir.

 

Antioksidant təsiri:

Zəncəfilin tərkibindəki geraniol, paradol, zingeron kimi birləşmələrin lipid peroksidazasına qarşı qoruyucu olduqları sübut edilmişdir. İnvitro olaraq isə zəncəfil dəmləməsi OH2, O2, və ABTS sərbəst radikallarına qarşı təsri müəyyən edilmişdir. Sərbəst radikallara qarşı təsir isə xərçəng əleyhinə müalicəvi və profilaktik olaraq istifadə olunması deməkdir.  

 

Zəncəfilin uzun müddət istifadəsi (təkrarlanan doza həddi): Ərəb xalqları demək olar ki, hər gün zəncəfildən istifadə edirlər. Onların hər gün zəcəfildən müəyyən miqdar istifadə edilməsinə nəzarət edilmiş, 3 ay nəzarətdən sonra insan bədənində morfoloji dəyişikliklər baş verməmiş, daxili orqanlarda heç bir tokisiklik müşahidə olunmamış, spermanın kəmiyyət və keyfiyyətində zəifləmə müşahidə olunmamışdır. Bu o deməkdir ki, zəncəfildən daimi istifadə etməklə onun yalnız faydalı xüsusiyyətlərindən yararlanmaq olar, uzun müddətli istifadənin bədən üçün heç bir ziyanı yoxdur.

 

Antimikrob təsiri:

Zəncəfilin təsiri iltihabi xəstəlik olan revmatizmalı xəstələr üzərində araşdırılmışdır. Zəncəfil həm daxilə verilmiş, həm də oynaqlara yeridilmişdir. Oynaqlarda şişkinlik və ağrılar olan xəstələrə zəncəfil ekstraktını fizioterapiya aparatları ilə sorulmasını sürətləndirmiş sonda ağrılarda və iltihabi şişkinlikdə azalmalar olmuşdur. 30 xəstə üzərində aparılmış sınaqlar zamanı xəstələr 2 qrupa bölünmüş bir qrupuna plasebo (yəni içində təsirsiz maddə olan kapsullar), digərinə isə zəncəfil ekstraktlı kapsullar verilmişdir. Nəticədə yenədə zəncəfil qəbul edən xəstələrdə müsbət dinamika qeydə alınmışdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama