Kompleks soyuqdəymə zamanı unikal təsirə malik - immun bərpaedici FİTOÇAY
29.07.2020 14:46

"Jenşen, eleuterokokk, exinaseya,  aloe  (əzvay), kalanxoe,  estraqon,  çaqa və s. ən məşhur bitki immunomodulyatorlarıdır".

 

AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Aztibb.az-a müsahibəsində bu məlumatı verib. O, payız-qış aylarında immun müalicəsinə (həm bitki, həm də kimyəvi dərmanlarla) daha çox ehtiyac hiss edildiyini deyib: “Bunu düşünərək biz, ilk dəfə olaraq exinaçeyanın yerüstü hissəsi, dazı otu, biyan kökü, itburnu meyvəsi, zəncəfil kökü, rozmarin otu və kasnı kökündən ibarət, 1:1 nisbətində  immunbərpaedici  fitoçayı hazırlamışıq. Qarışımın tablet, kapsul, paket-çay və 1:2 nisbətində şəkər əlavə edilməklə sirop şəklində istehsalı üçün Avro-Asiya patenti alınıb”.

 

S.İbadullayeva bu çayın orqanizmin qoruyucu gücünü artırmaq, kompleks soyuqdəymə, qrip, bronxit, angina, pnevmoniya, bronxial astma və infeksiyaları tez sağaltmaq kimi unikal təsirə malik olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, xüsusilə xoş olmayan klimatik və ekoloji şəraitdə yaşayanlar immun sistemini bərpa etmək və qorumaq məqsədilə bu qarışımdan dərman vasitəsi kimi istifadə edə bilərlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır