Molekulyar bioloqlar siçanların gözünü qlaukomadan xilas ediblər
04.12.2020 21:14

Molekulyar bioloqlar gen terapiyasının köməyilə yaşlı siçanların göz hüceyrələrini cavanlaşdırmaqla ilk dəfə olaraq onları qlaukomadan xilas ediblər. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib. Son 20 ildə molekulyar bioloqların kəşf etdikləri bir neçə mexanizm sayəsində kök hüceyrələri sümük, əzələ, dəri və sinir sisteminin “yetkin” toxumasına çevirmək mümkündür. Nəzəri baxımdan onlardan ciddi travma və müxtəlif degenerativ xəstəliklərin müalicəsində özünəməxsus “ehtiyat hissə” kimi istifadə etmək olar. 2016-cı ildə amerikalı alimlər müəyyən ediblər ki, analoji üsullardan orqanizmin və ayrı-ayrı orqanların, habelə kök hüceyrələrin həyat fəaliyyətinə cavab verən genlərin cavanlaşması üçün istifadə etmək olar. Siçanlar üzərində təcrübə göstərib ki, dörd geni (Oct4, Sox2, Klf4 və cMyc) “işə salmaqla” bu gəmiricilər cavanlaşıb və ömürləri uzanıb.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Harvard Universitetindən (ABŞ) Devid Sinkler və onun həmkarları siçanların görmə orqanını DNT strukturuna toxunmadan onları tamamilə cavanlaşdırmaq məqsədilə analoji yanaşmadan istifadə ediblər. Bunun üçün alimlər gözün tor qişasında hüceyrələrə və digər toxumalara nüfuz edəcək xüsusi retrovirus yaradıblar.

 

Sinklerin sözlərinə görə, tədqiqat göstərib ki, tor qişada olduğu kimi, digər orqanlarda da mürəkkəb toxumaları cavanlaşdırmaq və onların normal işini bərpa etmək mümkündür və bu, təhlükəsizdir. Əgər gələcək eksperimentlər bu nəticələri təsdiq edərsə, bu, qlaukomanın və yaş dövrü ilə əlaqəli olan digər xəstəliklərin müalicə üsullarını köklü surətdə dəyişəcək.

Alimlərin yaratdığı retrovirus yuxarıda qeyd edilən dörd gendən üçünü (Oct4, Sox2 və Klf4) müvəqqəti “işə sala” bilir. Bunun nəticəsində göz hüceyrələrini öz funksiyalarını itirməkdən qorumaq olar. Təcrübə zamanı siçanlara retrovirus vurulduqdan sonra onlarda tor qişada hüceyrələr yeni sinir ucu yaratmağa, bir-biri ilə əlaqəni bərpa etməyə, habelə mərkəzi görmə siniri ilə birləşməyə başlayıb. Nəticədə siçanlar qlaukomadan xilas olub.

Sinkler və onun həmkarları oxşar nəticələri cavan siçanların tor qişasını xüsusi zədələdikdən sonra onların görmə siniri üzərində də əldə ediblər.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub
 ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib   
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
Qastrit və xora zamanı necə qidalanmalı?
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
 Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: “Tibbi tullantıların idarə edilməsi”
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir - Səhiyyə Nazirliyi