Hepatit C virusu anadan körpəyə keçə bilərmi?
28.11.2026 07:35

Hamiləlik dövründə Hepatit C virusunun vaxtında aşkarlanması ana və körpənin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Aztibb.az xəbər verir ki, hepatoloq Tofiq Əkbərovun sözlərinə görə, Hepatit C qaraciyəri zədələyə bilən virus infeksiyasıdır və hamiləlik, eləcə də doğuş zamanı anadan körpəyə keçə bilər. Bununla belə, virusun anadan uşağa ötürülməsi hər zaman baş vermir.

 

Mütəxəssis bildirir ki, hamiləlik dövründə Hepatit C üzrə müayinədən keçmək, infeksiya aşkarlandığı təqdirdə isə həkim nəzarətində olmaq xüsusi əhəmiyyət daşıyır. Diaqnoz təsdiqləndikdə qaraciyərin vəziyyəti mütəmadi qiymətləndirilməli, həm ananın, həm də körpənin sağlamlıq göstəriciləri diqqətlə izlənilməlidir.

 

Hepatit C aşkarlanan hamilə qadınlarda müalicə ilə bağlı qərarlar mütləq mütəxəssislə məsləhətləşdikdən sonra verilməlidir. Müalicə taktikasının müəyyənləşdirilməsi zamanı hamiləliyin mərhələsi və ananın ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

 

Həkim qeyd edir ki, Hepatit C diaqnozunun qoyulması hamiləliyin mütləq ağırlaşacağı və ya körpənin virusa yoluxacağı anlamına gəlmir. Vaxtında diaqnostika, düzgün tibbi nəzarət və mütəmadi müayinələr mümkün risklərin qiymətləndirilməsində mühüm rol oynayır.

 

Bu baxımdan, hamiləlik dövründə Hepatit C ilə bağlı müayinələrin vaxtında aparılması və mütəxəssis tövsiyələrinə əməl edilməsi ana və körpənin sağlamlığının qorunması üçün vacib şərtlərdəndir.

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb