Kardioloq infarkt riskini azaltmağın yollarını açıqlayıb
26.11.2026 09:29

Ürək-damar xəstəlikləri və infarkt riskini azaltmaq üçün sağlamlıq göstəricilərinə nəzarət etmək, fiziki aktivliyi artırmaq və zərərli vərdişlərdən imtina etmək vacibdir.

 

Aztibb.az "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, kardioloq Pedi Barrett açıqlamasında infarktın qarşısının alınması üçün bir sıra mühüm tövsiyələr verib.

 

Mütəxəssis qanda xolesterin və şəkərin səviyyəsinə, arterial təzyiqə, bədən çəkisinə müntəzəm nəzarət etməyi, həmçinin əzələləri möhkəmləndirən fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edib.

 

Onun sözlərinə görə, bədən çəkisinin hətta 5-10 faiz azaldılması arterial təzyiqin, qanda qlükoza və triqliseridlərin səviyyəsinin yaxşılaşmasına kömək edə bilər.

 

Kardioloq ürək xəstəliklərinin profilaktikasında yuxu rejiminin də mühüm rol oynadığını vurğulayıb. Bu baxımdan gündə 7-9 saat yatmaq və yuxu apnesi kimi pozuntuları vaxtında müalicə etmək tövsiyə olunur.

 

Pedi Barrett qeyd edib ki, siqaretdən imtina etmək və profilaktik tədbirlərə kompleks yanaşmaq ürək-damar xəstəliklərinin yaranma ehtimalını azalda bilər. Bununla belə, heç bir profilaktik tədbir infarktdan tam qorunmağa zəmanət vermir.

 

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Şəfa görmək istəyən Naftalana gəlsin   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri