Alimlər yeniyetmələr arasında emosional problemlərin kəskin artdığını müəyyən ediblər
24.11.2026 10:42

Son 15 ildə Böyük Britaniyada yeniyetmələr arasında alkoqol və tütün istifadəsi azalsa da, emosional çətinliklər və hiperaktivlik əlamətləri əhəmiyyətli dərəcədə artıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə "European Journal of Epidemiology" (EJE) elmi nəşrində dərc olunan araşdırmada bildirilib.

Tədqiqatın nəticələrinə görə, emosional problemlərin yüksək səviyyədə olduğu yeniyetmələrin payı iki dəfədən çox artaraq 2024-cü ildə 27 faizə çatıb. Maraqlıdır ki, psixoloji vəziyyətin pisləşməsi riskli davranışların müxtəlif formalarının azalması və valideynlərlə münasibətlərin yaxşılaşması fonunda baş verib.

Genişmiqyaslı araşdırmaya 2009–2024-cü illəri əhatə edən dövrdə 10–15 yaşlı 16 mindən çox yeniyetmənin məlumatları daxil edilib. Tədqiqat müəllifləri bu ziddiyyətli tendensiyaların dəqiq səbəblərini hələ müəyyən edə bilməyiblər. Bununla belə, dəyişikliklərin yalnız pandemiyanın nəticələri ilə izah oluna bilməyəcəyi qənaətinə gəliblər. Alimlər vurğulayıblar ki, sorğularda yüksək göstəricilər emosional problemlərin və müvafiq simptomların daha qabarıq olduğunu göstərir.

Yeniyetmələr destruktiv qrupların təsirinə niyə düşürlər?

Mütəxəssislərin diqqət çəkdiyi digər məqam yeniyetmələrin destruktiv icmaların təsirinə qarşı həssaslığıdır. Xüsusilə 13–15 yaşlı yeniyetmələr bu cür qrupların təsirinə daha açıq olurlar. Onların belə icmalara marağı çox vaxt anadangəlmə aqressiya ilə deyil, qəbul olunmaq, diqqət görmək və özlərini hər hansı kollektivin bir hissəsi kimi hiss etmək istəyi ilə bağlıdır.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin ingilis dili və peşəkar kommunikasiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yuliya Valkovanın sözlərinə görə, belə qruplar yeniyetmələrin yaş dövrünə xas təbii ehtiyaclarından istifadə edərək mürəkkəb daxili problemlərin həlli üçün sadə və sürətli yollar təklif edirlər. Bu icmalarda zorakılıq isə yaşıdları arasında nüfuz qazanma vasitəsinə çevrilir.

Ekspert qeyd edib ki, həmin qrupların konkret ideologiyası olmaya da bilər. Onlar daha çox anlayış və dəstək vəd etməklə, eləcə də qəzəb, inciklik və ədalətsizlik hissini ifadə etmək imkanı yaratmaqla yeniyetmələri özlərinə cəlb edirlər.

Mütəxəssis ən həssas dövrün 12–18 yaş aralığı olduğunu bildirib. Onun fikrincə, zorakılıqla əlaqəli destruktiv qruplara cəlb olunma baxımından oğlanlar daha çox risk altındadır.

Valkova risk amilləri sırasında valideynlərlə etibarlı münasibətlərin olmamasını, həddindən artıq sərt və ya, əksinə, nəzarətsiz tərbiyə üsullarını, ailənin ağır maddi vəziyyətini, eləcə də travma, zorakılıq, sosial təcrid və kənarlaşdırılma təcrübəsini qeyd edib.

Gələcəyə dair planların olmaması və yalnız ani istəklərin təmin edilməsinə yönəlmək də yeniyetmələrin destruktiv qrupların təsirinə düşmə ehtimalını artırır. Ailədə və ya məktəbdə özünü yad hiss edən yeniyetmələr çox vaxt alternativ mühit axtarırlar. Belə hallarda onlara qəbul olunmaq və dəyərli olduqlarını hiss etmək vədi verən qruplar sağlam sosial münasibətləri əvəz edə bilir.

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Şəfa görmək istəyən Naftalana gəlsin   
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri