Diaqnoz Tibb Mərkəzində müasir reabilitasiya üsulu olan akupunktura müalicəsi tətbiq edilir
17.11.2026 07:56

Diaqnoz Tibb Mərkəzinin Fizioterapiya və Tibbi Reabilitasiya Şöbəsində pasiyentlərin ağrılarını azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müasir reabilitasiyanın dəstəkləyici üsullarından biri olan akupunktura (iynəbatırma) müalicəsi həyata keçirilir.

 

Aztibb.az xəbər verir ki, bu müalicə metodu bədənin müəyyən bioloji aktiv nöqtələrinə xüsusi, nazik və tam steril iynələrin tətbiqi prinsipi ilə icra olunur.

Mütəxəssislərin bildirdiyinə görə, akupunktura proseduru orqanizmin bərpa prosesinə hərtərəfli dəstək verir. Belə ki, bu üsul bel, boyun və kürək nahiyələrindəki ağrıların yüngülləşdirilməsinə, eləcə də miqren və digər baş ağrılarının azaldılmasına kömək edir.

 

Bundan əlavə, iynəbatırma müalicəsi əzələ gərginliyinin aradan qaldırılmasında, stress və narahatlıq hallarının azalmasında və ümumi reabilitasiya prosesinin sürətləndirilməsində mühüm rol oynayır.

Sağlamlığına diqqət ayıran və həyat keyfiyyətini qorumaq istəyən vətəndaşlar ətraflı məlumat almaq və həkim qəbuluna yazılmaq üçün Diaqnoz Tibb Mərkəzinin çağrı mərkəzi və ya əlaqə nömrəsi vasitəsilə müraciət edə bilərlər.

Çağrı mərkəzi: 904 

Mobil: 055 754 43 03

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
Vüqar Fərhadov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər