Azərbaycan Memarlıq və İnşaat Universitetində müayinə aksiyası təşkil olunub  
19.11.2026 12:53
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) və “Servier Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə “Hədəf 130/80” layihəsi çərçivəsində növbəti müayinə aksiyası keçirilib.
 Bu məlumat Aztibb.az-a İSİM-dən verilib.
 
Bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil edilən maarifləndirmə tədbirində İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, müdir müavini Zümrüd Kazımova və həkim-metodist Sevinc Bağırova iştirak ediblər.
 
Aksiya çərçivəsində universitetin müəllim heyətinin arterial təzyiqi ölçülüb və ürək-damar sisteminin ümumi vəziyyəti qiymətləndirilib. Müayinə olunan şəxslərə qeyri-infeksion xəstəliklərin əsas risk amilləri barədə ətraflı məlumat verilib, sağlam həyat tərzi seçmək və hər gün fiziki aktivliyə vaxt ayırmaq tövsiyə olunub. Aksiya iştirakçılarına İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar paylanılıb.
 
Qeyd edək ki, aksiyanın təşkilində məqsəd arterial hipertoniyanın vaxtında aşkar edilməsi, ürək-damar xəstəliklərinin profilaktikasına riayət olunması ilə bağlı təbliğat aparmaqdır.
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər orqanizmin regenerasiya qabiliyyətini yenidən aktivləşdirməyə çalışırlar