Kəlbəcər şəhərində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub  
19.11.2026 09:42

Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərin sosial və tibbi xidmətlərlə təminatı daim diqqət mərkəzində saxlanılır.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, bu istiqamətdə Kəlbəcər şəhərində məskunlaşan sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirmək, xəstəlikləri erkən mərhələdə aşkar etmək və tibbi xidmətləri yerində göstərmək məqsədilə səyyar tibbi xidmət təşkil edilib.

 

Səyyar tibbi xidmət Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərindən ibarət briqada tərəfindən həyata keçirilib. Briqadanın tərkibində terapevt, pediatr, həkim-ginekoloq və  tibb bacısı iştirak edib. Aparılan müayinələr nəticəsində cəmi 20 nəfərə zəruri tibbi xidmətlər göstərilib.

 

Tədbirlər çərçivəsində Kəlbəcər şəhərində yerləşən 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri arasında “Sağlam həyata “hə”, narkotikə “yox”” adlı maarifləndirici tədbir də keçirilib.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər orqanizmin regenerasiya qabiliyyətini yenidən aktivləşdirməyə çalışırlar