Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
08.11.2026 10:11

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydıAzərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib.

Aztibb.az xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb.

Bu qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya valideynləri tərəfindən müəssisələrə yerləşdirilmiş uşaqların ailə mühitində böyüməsini və inkişafını təmin etmək məqsədi daşıyır. Proses dövlət nəzarəti altında həyata keçirilir. 

Himayədar ailələrə uşaqların yaşına və sağlamlıq vəziyyətinə uyğun aylıq müavinətlər ödənilir. Belə ki, 6 yaşadək uşaqlara görə 355 manat, əlilliyi olan uşaqlara görə isə 500 manat müavinət verilir.

7-13 yaş arası uşaqlar üçün bu məbləğ müvafiq olaraq 375 və 600 manat, 14-18 yaş arası uşaqlar üçün isə 395 və 650 manat təşkil edir.

Bundan əlavə, himayədar ailələrə uşaqların mövsümi geyimlərinin alınması üçün hər rübdə hər uşağa görə 200 manat birdəfəlik müavinət ödənilir.

Son aylarda himayədar ailə modelinin tətbiqi prosesi də sadələşdirilib. Nəticədə uşağın himayədar ailəyə verilməsi üçün tələb olunan minimal müddət 2 həftəyədək azaldılıb. Həmçinin himayədar ailə olmaq istəyən vətəndaşlar üçün təlimlərdə onlayn iştirak imkanı yaradılıb.


ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub