İshal və qarın ağrısı uzun müddət davam edirsə xoralı kolit göstəricisi ola bilər
06.11.2026 11:21

İshal və qarın ağrısı uzun müddətdir davam edirsə bu əlamətlər xoralı kolitin göstəricisi ola bilər.

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq və endoskopist  Anar Əliyev sözlərinə görə, tez-tez ishal olur, qarın ağrısından əziyyət çəkir, nəcisdə qan və ya selik görürsünüzsə, bu əlamətləri görməzdən gəlməyin.

Xoralı kolit yoğun bağırsağın selikli qişasında iltihab və xoraların yaranması ilə müşayiət olunan xroniki iltihabi bağırsaq xəstəliyidir. Xəstəlik bəzən kəskinləşmə və sakitləşmə dövrləri ilə davam edir. İshal, qarında sancı, təcili defekasiya ehtiyacı və halsızlıq həyat keyfiyyətinizə təsir göstərə bilər.

Düzgün diaqnoz üçün müayinə və uyğun laborator analizlər, ehtiyac olduqda isə kolonoskopiya və biopsiya aparılır. Müalicə xəstəliyin aktivliyinə və yayılma dərəcəsinə uyğun seçilir.

Əgər bu əlamətlər sizdə də varsa, səbəbini dəqiqləşdirmək üçün həkimə müraciət edin. Erkən diaqnoz xəstəliyin nəzarətdə saxlanmasına kömək edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır