Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır
07.11.2026 10:50

Amerika Ürək Assosiasiyasının Çikaqoda keçirilən "Elmi Sessiyalar 2026" konfransında təqdim olunan yeni müstəqil tədqiqatın nəticələrinə əsasən, hamiləlikdən əvvəl və ya hamiləliyin ilk 20 həftəsində xroniki hipertoniyası olan qadınların kritik anadangəlmə ürək qüsuru olan körpə dünyaya gətirmə riski normal təzyiqi olan analarla müqayisədə 30 faiz daha yüksəkdir.

 

Aztibb.az https://newsroom.heart.org-a istinadla xəbər verir ki, tədqiqat çərçivəsində ABŞ-də 2018–2024-cü illəri əhatə edən 44 milyondan çox canlı doğuşa dair göstəricilər təhlil olunub. Məlum olub ki, anada xroniki hipertoniyanın yayılma tezliyi 9,4 faizdən 13,9 faizə yüksəlib. Həmin dövrdə körpələrdə həyatın ilk ilində cərrahi müdaxilə tələb edən kritik anadangəlmə ürək qüsurlarının tezliyi isə hər 10 min doğuşa 5,8 haldan 6,4 hala çatıb.

 

Təhlillər göstərir ki, hamiləlikdən əvvəl 1-ci və ya 2-ci tip diabeti olan qadınlarda bu risk 48 faiz, gestasion (hamiləlik dövründə yaranan) hipertoniyası olanlarda isə 8 faiz artır. Tədqiqat müəllifləri bildirirlər ki, ananın ürək sağlamlığı dölün ürək-damar sisteminin inkişafı ilə birbaşa əlaqəlidir. Bu səbəbdən hamiləlikdən əvvəl və hamiləlik dövründə qan təzyiqinin müntəzəm nəzarətdə saxlanılması və vaxtında həkim məsləhətinin alınması mühüm əhəmiyyət kəsb edir.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır