Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat   
28.10.2026 16:34
1979-cu il təvəllüdlü qadın pasiyent mədə-bağırsaq qanaxması şikayəti ilə Respublika Klinik Xəstəxanasına müraciət edib.
 
Aparılan laborator və diaqnostik müayinələr nəticəsində pasiyentdə qida borusunun yuxarı 1/3 hissəsinin qanaxma verən törəməsi aşkarlanıb.
 
Respublika Klinik Xəstəxanasından Aztibb.az-a verilən məlumata görə, 12.10.2026-cı il tarixində pasiyent xəstəxana direktorunun cərrahi xidmətlər üzrə müavini, professor Sahib Hüseynovun rəhbərliyi ilə əməliyyata alınıb.
 
Əməliyyat zamanı qida borusunun ekstirpasiyası, limfodisseksiya, ezofaqoqastroanastomozun qoyulması, həmçinin mediastinumun, sol diafraqmaaltı nahiyənin və kiçik çanağın drenajı əməliyyatları icra olunub.
 
Aparılan müalicə və tibbi müşahidələrdən sonra pasiyent 24.10.2026-cı il tarixində qənaətbəxş vəziyyətdə evə buraxılıb.
 
Pasiyent göstərilən yüksək səviyyəli tibbi xidmətə, həkimlərin peşəkarlığına və yaradılan şəraitə görə Respublika Klinik Xəstəxanasının rəhbərliyinə və bütün tibbi kollektivinə təşəkkürünü bildirib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub