Zaqatalada strangulyasion nazik bağırsaq keçməzliyi zamanı təcili laparoskopik əməliyyat uğurla icra olunub
04.11.2026 07:52

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında strangulyasion nazik bağırsaq keçməzliyinin aradan qaldırılması məqsədilə təcili laparoskopik əməliyyat uğurla həyata keçirilib.

Aztibb.az xəbər verir ki, qarında kəskin ağrı şikayəti ilə xəstəxanaya müraciət edən pasiyent müvafiq müayinələrdən keçirilib və ona strangulyasion nazik bağırsaq keçməzliyi diaqnozu qoyulub. Diaqnozun təsdiqlənməsindən sonra təcili cərrahi müdaxilə qərarı verilib.

Əməliyyat cərrah Cəbrayıl Xocaxovun rəhbərliyi ilə cərrah Azər Salmanov, anestezioloq Teymur Həsənov və orta tibb personalının iştirakı ilə icra olunub.

Cərrahi müdaxilə zamanı strangulyasion düyün açılıb, qarın boşluğu sanasiya edilərək drenaj olunub. Müasir tibbi avadanlıqların imkanları və tibbi heyətin operativ fəaliyyəti sayəsində bağırsağın canlılığını qorumaq və keçiriciliyini cəmi üç kiçik dəlik vasitəsilə həyata keçirilən minimal invaziv üsulla bərpa etmək mümkün olub.

Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti dinamik müşahidə altında saxlanılıb. Ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent cərrahın nəzarəti altında evə yazılıb.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir