ETKİ-nin İnvaziv kardiologiya və elektrofiziologiya laboratoriyasının fəaliyyətə başlamasından bir il ötür
30.10.2026 12:17
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda İnvaziv kardiologiya və elektrofiziologiya laboratoriyasının fəaliyyətinin birinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
ETKİ-dən Aztibb.az-a bildirilib ki, tədbirdə İnstitutun direktoru, professor Gülnaz Dadaşova, baş həkim, invaziv kardioloqlar və digər tibb mütəxəssisləri iştirak ediblər.
 
Çıxışlar zamanı laboratoriyanın bir il ərzində əldə etdiyi nailiyyətlər, həyata keçirilən tibbi müdaxilələr və gələcək inkişaf perspektivləri diqqətə çatdırılıb. Qeyd olunub ki, müasir tibbi texnologiyaların tətbiqi, peşəkar komanda fəaliyyəti və innovativ müalicə yanaşmaları ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
 
İnstitutun baş həkimi laboratoriyanın fəaliyyətinin klinik xidmətlərin təkmilləşdirilməsi və pasiyentlərə göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətini vurğulayıb.
 
İnstitutun direktoru, professor Gülnaz Dadaşova çıxışında laboratoriyanın birillik fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, əldə olunan uğurlar kollektivin peşəkarlığının, məsuliyyətli fəaliyyətinin və birgə əməyinin nəticəsidir. O, laboratoriyanın gələcəkdə də yeni nailiyyətlər əldə edəcəyinə və ölkəmizdə kardioloji xidmətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
 
Tədbirin sonunda laboratoriyanın birinci ildönümü münasibətilə kollektivə təbriklər çatdırılıb, gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Daha sonra yubiley tortu kəsilib və tədbir bayram əhval-ruhiyyəsində yekunlaşıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib