Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
02.11.2026 13:06

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, iclasda gündəlikdə duran iki əsas məsələ müzakirə olunub.

 

İlk olaraq, institutun doktorantı Nurana Azayevanın 3218.01 – “Kardiologiya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ağır dərəcəli arterial hipertenziyanın müalicəsində fiksəolunmuş üçkomponentli antihipertenziv dərman preparatlarının klinik-hemodinamik, biokimyəvi effektləri və ürəyin morfo-funksional vəziyyətinə təsiri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İclasın ikinci məsələsi institutun Miokard infarktı şöbəsinin böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Vahid oğlu Hacıyevin dosent elmi adının alınması üçün müraciətinin müzakirəsi olub.

İclasda elmi fəaliyyətin inkişafı, kardiologiya sahəsində elmi tədqiqatların təşviqi və kadr potensialının gücləndirilməsi istiqamətində məsələlər diqqət mərkəzində olub.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır